Çərşənbə, 16 May 2018 18:08

Suriya ordusu Dəməşqin cənubunda "Həcərül-Əsvəd" məntəqəsini ələ keçirib

Suriya ordusu Dəməşqin cənubunda "Həcərül-Əsvəd" məntəqəsini ələ keçirib

Suriya ordsu Dəməşqin cənubunda yerləşən və strateji əhəmiyyət daşıyan Həcərül-Əsvəd məntəqəsinə nəzarəti təmin edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu çərşənbə axşamı Dəməşqin cənubunun terrorçulardan təmizlənməsi əməliyyatının davamında Həcərül-Əvəd məntəqəsinə nəzarəti ələ keçirərək, İŞİD terrorçularını bu məntəqədən geri çəkilməyə məcbur edib.

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının müdiri Rami Əbdürrəhman da deyib: Suriya ordusunun Həcərül-Əsvəd məntəqəsinə nəzarəti ələ keçirməsi terrorçuların Dəməşqin ətrafındakı sonuncu sığınacaqlarını da itirmələrinə səbə bolub.

Suriya ordusu iki gün öncə də Cəzirə məntəqəsini, Əl-Rus meydanını terrorçulardan təmizləyərək, öz nəzarəti altına almışdı. Əl-Cəzirə  məntəqəsi İŞİD terrorçularının işğalı altında olan bir ərazi idi və Həcərül-Əsvəd məntəqəsinin şimal-qərbində  yerləşir.  

Şərh yaz


Məxfi kod
Yenilə