Cümə axşamı, 10 May 2018 18:43

Suriyanın paytaxtı Dəməşqdə bir neçə güclü partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqdə bir neçə güclü partlayış baş verib

Suriyanın payaxtı Dəməşqin müxtəlif məntəqələrində bir neçə güclü partlayış baş verib.

İRNA-nın verdiyi məlumata görə, bu partlayışların ardınca Suriyanın hava hücumundan müdafiə sistemləri aktivləşib və İsrail tərəfindən Dəməşqə doğru atılan raketlərin bir neçəsi Suriya ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. 

İsrail rejimi daha öncə də Suriyanın cənubunda, Qüneytərə məntəqəsində yerləşən Əlbəs şəhərinə artilleriya zərbələri endirmişdi. 

Suriyalı aktivistlər Əlbəs şəhərinin ətrafına iki ədəd top mərmisinin düşdüyünü amma, insan tələfatına səbəb olmadığını bildiriblər. 

Suriyanın dövlət xəbər agentliyi də işğal edilmiş Fələstin ərazisindən Əlbəs şəhərinin artilleriya hücumuna məruz qalması xəbərini təsdiq edib və bu hücumun insan tələfatı barədə məlumatın daxil olmadığını bildirib. 

Suriyada terrorçuların məğlubiyyətə uğramasının ardınca İsrail rejimi bölgədə yeni bir böhran və gərginlik yaratmaq üçün Suriya ordusuna qarşı intensiv hücumlar həyata keçirir. 

Şərh yaz


Məxfi kod
Yenilə