Şənbə, 05 May 2018 12:27

Silahlı şəxslər Həmahın cənubu və Humsun şimal ətrafından çıxıblar

Silahlı şəxslər Həmahın cənubu və Humsun şimal ətrafından çıxıblar

Suriyalı mənbələr silahlı şəxslərin və onların ailələrinin Həmahın cənubu və Humsun şimal ətrafından çıxmalarından xəbər veriblər.

Qarşıdakı bir neçə gün ərzində davam edəcəyi qərara alınmış Həmahın cənubu və Humsun şimal ətrafında silahlı şəxslər tərəfindən ağır və yarımağır silahların təhvil verilməsi prosesinin başlanmasının ardınca Suriya ordusunun texniki bölmələri Hums beynəlxalq marşrutunu açmaq üçün səngərləri aradan götürməklə məşğuldurlar.

Bu razılaşmaya görə, silahlı qruplar üzərlərinə öhdəlik götürüblər ki, bütün silah anbarlarının, minalanmış məntəqələr və tunellərin planlarını təhvil versinlər.

Belə bir halda, Beyt-Səhm, Bəbbila və Yəlda qəsəbələrindəki silahlı qrupların nümayəndələrinin Rusiya və Suriya nümayəndələrilə razılaşmalarının ardınca dünən təqribən iki min terrorçu öz ailəsi ilə yanaşı 46 ədəd avtobusla Dəməşqin cənubunda yerləşən bu qəsəbələrdən Hələb vilayətindəki Cirablus məntəqəsinə doğru hərəkət ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə