Şənbə, 05 May 2018 09:14

ABŞ bir daha Suriyadakı kürdlərə silah göndərib

ABŞ bir daha Suriyadakı kürdlərə silah göndərib

Amerika Suriyadakı demokratik qüvvələrə dəstək vermək üçün dünən bir daha bu ölkənin şimal-şərqində yerləşən Həsəkə vilayətinə silah göndəribdir.

Amerika bu silahları on ədəd yük maşını ilə "Təl Bidər" qarnizonuna göndərib.

YPG-nin tabeliyində olan "Təl Bidər" təlim qarnizonu Həsəkənin qərbində yerləşir.

Amerika bundan öncə də dəfələrlə YPG bölmələri üçün silah göndərmişdi.

20 gün bundan öncə də əksər hissəsi Səugiyyə Ərəbistanından Mənbicdəki Suriya kürdlərinə hədiyyə olan silah yükü göndərilmişdi.

YPG bölmələri Amerikadan və onun müttəfiqlərindən geniş dəstək alırlar.

Amerikanın komandanlığı altında olan üzdəniraq beynəlxalq anti-İŞİD koalisiyası yanvarın 14-də elan etdi ki, Suriya kürdlərinin nəzarəti altında olan məntəqələrdə "sərhəd təhlükəsizliyi qüvvələri" adlı bir sərhəd qüvvəsi təşkil etmək istəyir. Həmin qüvvələr otuz min nəfərdən ibarət olacaq.

Amerika terror qrupları ilə mübarizə bəhanəsilə Suriya dövlətinin icazəsi olmadan qanunsuz şəkildə Suriyada hərbi iştiraka malikdir.

Rəsmi məlumatlara görə, Amerika indiyədək Suriya və İraqda yerləşən terrorçulara milyardlarla dollar silah və hərbi təchizat göndəribdir.

Şərh yaz


Məxfi kod
Yenilə