Cümə, 04 May 2018 14:56

Suriyanın şimal-qərbində partlayış nəticəsində iki nəfər ölüb

Suriyanın şimal-qərbində partlayış nəticəsində iki nəfər ölüb

Suriyanın şimal-qərbində beynəlxalq xilasetmə komitəsinin ofisi qarşısında bomba qoyulmuş avtomobilin partlaması azı iki nəfərin həyatına son qoyub.

Bu partlayış hücumu dünən Suriyanın şimal-qərbindəki İdlib vilayətində yerləşən Dəna məntəqəsində baş verib. Bu məntəqə terrorçuların nəzarətindədir.

"Təhrirulşam heyəti" adlı terror qrupunun nəzarətində olan İdlib vilayəti digər terror qruplarının da mərkəzi sayılır.

Suriyada böhran 2011-ci ildə, Ərəbistan, ABŞ və onun müttəfiqlərinin dəstək verdikləri terror qruplarının region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün Suriyaya daxil olmaları ilə başlanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə