Çərşənbə axşamı, 13 Mart 2018 14:29

Terrorçuların Dəməşqə qarşı mərmi hücumları iki mülkinin həyatına son qoyub

Terrorçuların Dəməşqə qarşı mərmi hücumları iki mülkinin həyatına son qoyub

Dəməşqin Şərqi Vahə məntəqəsində yerləşmiş terror qruplarının bu şəhərin cənubunda yerləşən Yərmuk düşərgəsinə qarşı mərmi hücumları iki mülkinin həyatına son qoyaraq, dörd nəfərin yaralanmasına bais olubdur.

Bu hücumlar nəticəsində həmçinin həmin məntəqədəki ictimai infrastrukturlara və mənzillərə xəsarətlər dəyibdir.

Terror qrupları bu hücumlarla bir daha gərginliyin azaldılması məntəqələri üzrə razılaşmanı pozublar.

Bazar günü də terrorçuların Dəməşqin Caramana məntəqəsinə qarşı mərmi hücumları dörd mülkinin həyatına son qoyaraq, altı nəfərin yaralanmasına səbəb olmuşdu.

Şərqi Vahə, Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən strateji bir məntəqə olaraq, terrorçuların işğalı altındadır.

Şərh yaz


Məxfi kod
Yenilə