Çərşənbə axşamı, 13 Mart 2018 14:28

Suriya amerikan koalisiyanın cinayətlərinə baxılmasını istəyib

Suriya amerikan koalisiyanın cinayətlərinə baxılmasını istəyib

Suriyanın BMT-dəki nümayəndəsi vurğulayıb ki, Amerika Suriyadakı səhvlərinə son qoymalıdır. O, BMT-dən istəyibdir ki, amerikan koalisiyanın Suriya xalqına qarşı cinayətlərinə baxsın.

Bəşşar Əlcəfəri dünən, Suriyada müvəqqəti atəşkəs ilə bağlı 2401 saylı qətnamə və bu təşkilatın baş katibinin onun icra tərzi barədəki hesabatı əsasında təşkil olunmuş BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Suriyadakı cinayətlərin böyük bir hissəsi amerikalı qüvvələrə aiddir.

Amerikan koalisiyanın Suriyada terrorizmlə mübarizə bəhanəsilə keçirdiyi hava hücumlarında suriyalı mülkilərin verdikləri yüksək tələfəta toxunan Suriyanın BMT-dəki nümayəndəsi bildirib ki, BMT-nin baş katibi Suriyanın durumunu dəyərləndirmək üçün yetərincə məlumata malik deyildir.

Suriyanın BMT-dəki nümayəndəsi çıxışının digər bir hissəsində belə deyib: Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatı Türkiyənin Afrinə qarşı təcavüzünə son qoyacaq.

Amerika terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə Suriyada iştirak edir. Belə bir halda, Amerika prezidenti etiraf edibdir ki, bu ölkə Suriya və İraqda İŞİD kimi terror qruplarının meydana gəlməsinin əsas amilidir.

Rəsmi məlumatlara görə, Amerika indiyədək Suriya və İraqda yerləşən terrorçulara milyardlarla dollar məbləğində silah və sursat veribdir.

Suriyanən və digər ölkələrin rəsmiləri, həmçinin beynəlxalq təşkilatlar dəfələrlə vurğulayıblar ki, Amerikanın Suriyadakı hərəkətləri "işğal" hesab olunur. 

Şərh yaz


Məxfi kod
Yenilə