Bazar ertəsi, 12 Mart 2018 12:45

Dəməşq ətrafına qarşı terror hücumu

Dəməşq ətrafına qarşı terror hücumu

Şərqi Vahə-də yerləşən terrorçuların dünənki hücumlarında on nəfər ölüb və yaralanıbdır.

Dəməşqin ətrafındakı Şərqi Vahə-də yerləşən terror qrupları bir daha "gərginliyin azaldılması məntəqələri" barədəki razılaşmanı pozublar. Onlar Dəməşq ətrafında yerləşən "Caramana" məntəqəsini mərmi hədəfinə alıblar və bir mərminin şəhər avtobusuna dəyməsi nəticəsində dörd mülki ölüb, altı nəfər də yaralanıbdır.

Şənbə günü axşamçağı da terrorçuların "Caramana" məntəqəsinə qarşı mərmi hücumları bir nəfərin həyatına son qoymaqla bərabər, dörd nəfərin yaralanmasına səbəb olubdur. Bu hücumlar nəticəsində həmin məntəqədəki ictimai infrastrukturlara və yaşayış evlərinə xəsarətlər dəyibdir.

Həmin hücumlara cavabda Suriya ordusu Şərqi Vahə-nin müxtəlif istiqamətlərində öz əməliyyatını davam etdirir. Bu ordu silahlı terror qruplarına böyük xəsarətlər vura bilibdir.

Şərqi Vahə, Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən strateji bir məntəqə olaraq, terrorçuların işğalı altındadır. Bu məntəqədə yerləşən terror qrupları suriyalı mülkilərin Şərqi Vahə-dən çıxmaları üçün yaradılmış təhlükəsiz insan keçidilərini mərmi hücumlarına məruz qoyurlar.

Terrorçular habelə gündəlik şəkildə Şərqi Vahə-dən Dəməşq əhalisini raket və mərmi hədəfinə alırlar.

BMT-nin Təhlükəsizlik Şurası fevralın 24-də Şərqi Vahə xüsusiyyət təşkil etməklə Suriyada mühasirədə olan məntəqələrə humanitar yardım kanalının yardılması və bu ölkədə otuzgünlük bir atəşkəsin icrası barədə bir qətnamə qəbul edib.

Rusiyanın təzyiqi ilə bu qətnamədə deyilir: Döyüşlərə son qoyulması BMT-nin terror qrupları kimi tanıdığı qruplara, o sıradan İŞİD, Cibhətunnusrə və Əlqaidə terror qruplarına qarşı hərbi əməliyyatlara şamil olmur.

Suriyada böhran, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə 2011-ci ildən və Ərəbistan, ABŞ və onun müttəfiqlərinin himayəsi altında olan terror qruplarının geniş hücumları ilə başlanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə