Bazar, 11 Mart 2018 13:52

Suriya ordusu terrorçulara Dəməşqin Əl-Qdum məntəqəsini tərk etmələri üçün möhlət təyin etdi

Suriya ordusu terrorçulara Dəməşqin Əl-Qdum məntəqəsini tərk etmələri üçün möhlət təyin etdi

Suriya ordusu Dəməşqin Əl-Qdum məntəqəsindəki Azad Suriya Ordusu və Təhrir Əş-Şam qruplaşmalarına bu məntəqəni tərk etmələri üçün 48 saat möhlət verib.

İRNA-nın məlumatına görə, terrorçulara yaxın medialar bu gün bildiriblər ki, Suriya ordusu terrorçuların barışıq prosesinə qoşularaq, Dəməşqin Əl-Qdum məntəqəsini tərk və İdlib vilayətinə doğru köç etmək üçün 2 gün fürsətə malikdirlər.

Bəzi mənbələr bildiriblər ki, bu iki silahlı qruplaşma Dəməşqin Əl-Qdum məntəqəsindən çıxaraq, İdlibə getmələri ilə razılaşıblar.

Dəməşqin Əl-Qdum məntəqəsi paytaxtın cənubunda yerləşən qədim məhəllələrdən biridir.

Suriyalı qüvvələr ötən günlərdə Şərqi Qutədə bir neçə istiqamətdən irəliləyərək, bir neçə qəsəbəni azad ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə