Bazar, 11 Mart 2018 10:34

"Zeytun Budağı" əməliyyatının insan tələfatı

"Zeytun Budağı" əməliyyatının insan tələfatı

Suriya mənbələri şənbə günü bir məlumat yayaraq, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Zeytun Budağı" adlı hərbi əməliyyatlarında indiyə kimi 222 mülkinin öldüyünü deyiblər.

Suriyanın dövlət xəbər agentliyi Sana Türkiyənin BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəslə bağlı 2401 saylı qətnaməsini pozduğunu deyib. 

Bu məlumata görə, Türkiyə ordusu Suriyanın şimalında xüsusilə Afrin şəhərinin ətrafında ABŞ tərəfindən himayə olunan kürd yaraqlılarının mövqelərinə ağır silahlardan zərbələr endirir. Məlumata görə, Türkiyə ordusu ilə kürd yaraqlıları arasında döyüşlərin getdiyi ərazilərdə yaşayan insanlar evlərini tərk edərək, Afrinə sığınıblar. 

Sana xəbər agentliyi həmçinin bildirir ki. Türkiyə ordusu kürd yaraqlılarına yardımların çatdırılmasını önləmək üçün Hələb-Afrin şose yolunu hədəfə alır. 

Afrin Suriyanın Hələb vilayətinin tabeliyində olan şəhərlərdəndir və təqribən 14 min əhalisi var. 

Suriya İnsan Haqları Gözətçisi Təşkilatı ötən gün bir məlumat yayaraq, "Zeytun Budağı" əməliyyatında indiyə kimi Türkiyə tərəfindən dəstəklənən suriyalı döyüşçülərdən (Azad Suriya Ordusu) 409 nəfərin həlak olduğunu bildirib. Həmçinin, bu məlumata görə, Türkiyə ordusu Suriyanın şimalında ABŞ tərəfindən himayə olunan kürd yaraqlıları ilə gedən döyüşlərdə 71 hərbçisini itirib. 

ABŞ Suriyanın şimalında kürd yaraqlıları və terrorçuları himayə etmək və onları silahlandırmaqla bu məntəqədə müstəqil kürd dövləti və ya federal kürd məntəqəsi yaratmağa çalışır. İkinci İsrail adlanan bu plan müqavimət cəbhəsi və Türkiyənin zəiflədilməsinə hesablanmış bir plandır. Türkiyə ABŞ-ın bu planını öz milli maraqları və təhlükəsizliyi əleyhinə ciddi təhdid adlandıraraq, Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması və ABŞ-ın fitnəsini zərərsizləşdirmək məqsədi ilə kürd yaraqlılarına qarşı "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə