Çərşənbə, 07 Mart 2018 13:30

Dəməşq: Britaniyanın İnsan Haqları Şurasındakı hərəkəti terrorçuları himayə məqsədinə malikdir

Dəməşq: Britaniyanın İnsan Haqları Şurasındakı hərəkəti terrorçuları himayə məqsədinə malikdir

Suriyanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib: Britaniyanın Şərqi Qutə ilə bağlı BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi qətnamə layihəsi terrorçulara Suriyada günahsız insanlara qarşı öz cinayətlərini davam etdirmələri mesajına malikdir.

Britaniya bazar ertəsi günü terrorçuları himayə məqsədi ilə BMT-nin İnsan Haqları Şurasına bir qətnamə layihəsi təqdim edərək, Şərqi Qutənin vəziyyəti ilə bağlı dərhal araşdırmaların aparılmasını istəyib. Bu qətnamə Britaniya və ABŞ-ın təzyiqləri altında 29 lehinə, 4 əleyhinə və 14 bitərəf səslə qəbul edilib. 

İRNA-nın məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyi bildirib: Britaniya siyasi oyun olan bir hərəkətdə, Suriya ilə düşmən olan ölkələr adından Şərqi Qutənin vəziyyəti ilə bağlı İnsan Haqları Şurasına qətnamə layihəsi təqdim edib. 

Bu məlumatda həmçinin deyilir: Britaniya beynəlxalq təşkilatlar xüsusilə də BMT-nin İnsan Haqları Şurasından öz siyasi məqsədləri üçün bir vasitə olaraq istifadə edir. 

Şərqi Qutə Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən strateji əhəmiyyətli məntəqədir və hazırda terrorçuların işğalı altındadır. Terrorçular hər gün intensiv şəkildə Şərqi Qutədən paytaxt Dəməşqə minaatanlarla zərəblər endirirlər. 

Suriya ordusu Şərqi Qutə əhalisini və Dəməşq sakinlərini terrorçuların hücumlarından müdafiə etmək üçün bu məntəqəni terrorçulardan təmizləməyə çalışır. 

Şərh yaz


Məxfi kod
Yenilə