Bazar ertəsi, 05 Mart 2018 11:04

Şərqi Qutənin 25 faizi terrorçuların işğalından azad edilib

Şərqi Qutənin 25 faizi terrorçuların işğalından azad edilib

Suriya ordusu Dəməşqin şərqi Qutə ərazilərində irəliləyərək bu torpaqların 25 faizini terrorçu qruplar və yaraqlıların işğalından azad edib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, son günlərdə Suriya ordusu terrorçu qrupların raketlə Dəməşq və şərqi Qutədəki dinc əhaliyə və Suriya ordusuna qarşı hücumlarına cavab olaraq ən azı 10 bölgəni terrorçuların işğalından azad edib. 

Məlumatlara görə Suriya ordusu Hərsta və Duma bölgələrində kəndləri və tarlaları təmizləyərkən bir neçə terrorçunu məhv edib və bir neçə tunel, səngər və texnikanı yararsız hala gətirib. 

Şərqi Qutədə terrorçu qruplar və silahlıların mövqelərinin hədəfə alınması ilə onlar bölgəni tərk etməkdədirlər. 

Suriya ordusu həmçinin terrorçular tərəfindən canlı qalxan kimi istifadə olunan suriyalı mülkinin şərqi Qutəni tərk etmələri üçün keçid yaradıb. 

Şərh yaz


Məxfi kod
Yenilə