Cümə, 02 Mart 2018 14:46

Qərb terrorçuların kimyəvi silahlardan istifadəsinə şərait yaradır

Qərb terrorçuların kimyəvi silahlardan istifadəsinə şərait yaradır

Suriyanın Cenevrədə BMT-nin daimi nümayəndəsi deyib: Qərb ölkələri terrorçuların kimyəvi silahlardan istifadə etməsi üçün siyasi şərait yaradırlar.

Əl-Məyadin televiziyasının məlumatına görə, Suriyanın Cenevrədə BMT-dəki daimi nümayəndəsi Hüsaməddin Ala Britaniyanın Şərqi Qutənin vəziyyətinin araşdırılması üzrə BMT İnsan Haqları Şurasına təklif etdiyi qətnaməsi haqda deyib: Britaniyanın bu hərəkəti yeni məsələ deyildir və bu ölkə və müttəfiqlərinin yeni mövqeyi insan haqları məsələlərini siyasiləşdirmək üçündür. 

Hüsaməddin Ala əlavə edib: Rusiya xarici işlər nazirinin İnsan Haqları Şurasının iclasında bildirdiyi kimi, bu ölkələr terrorizmi öz mənafeyinə əsasən yaxşı və pisə bölürlər. 

Suriyanın Cenevrədə BMT-dəki daimi nümayəndəsi deyib: Britaniya öz qətnaməsinin ilkin mətnində əsassız ehtimal və gümanlara istinad edib. 

Şərh yaz


Məxfi kod
Yenilə