Cümə axşamı, 01 Mart 2018 13:25

Terrorçular Suriyanın 3 vilayətində ciddi tələfat verdiklərini etiraf ediblər

Terrorçular Suriyanın 3 vilayətində ciddi tələfat verdiklərini etiraf ediblər

Terrorçulara yaxın medialar ötən ay ərzində Suriya ordusunun Həma, İdlib və Hələb vilayətlərində həyata keçirdiyi əməliyyatlarda 783 terrorçunun öldürülməsindən xəbər veriblər.

İRNA-nın məlumatına görə, Təhrirüşşam terror qruplaşmasının statistika qrupu çərşənbə günü axşam 1329 terrorçunun yaralandığını elan edib. Bu terrorçular Həma, İdlib və Hələbdə gedən döyüşlərdə yaralanıblar. 

Bu məlumata görə, Ənnüsrə Cəbhəsi terror qruplaşması 10 gündür ki, "Suriyanın Azadlığı Cəbhəsi" adlı qrup ilə Hələb və İdlib vilayətlərində döyüşlərə başlayıb. Bu da hər iki tərəfin itkilər verməsinə səbəb olub. 

Əhrarüşşam və Nurəddin Zəngi terror qrupları 25 fevralda Təhrirüşşam terror qruplaşmasının onların mövqelərinə hücum etmək niyyətində olduğu barədə xəbərlərin yayılmasının ardınca, "Suriyanın Azadlığı Cəbhəsi" adlı koalisiya yaradıblar. 

Suriya ordusu və müqavimət qüvvələrinin irəliləməsi və daha çox ərazinin terrorçuların nəzarəti altından çıxması ilə terrorçu qruplar və onların dəstə başçıları arasındakı ixtilaflar da artmağa başlayıb.

Suriya 7 ildir ki, İŞİD və Ənnüsrə Cəbhəsi kimi terrorçu qrupların Qərb ölkələri və bəzi region ölkələrinin dəstəyi ilə Suriyaya hücum etməsindən qaynaqlanan böhran ilə üz-üzədir.  

Şərh yaz


Məxfi kod
Yenilə