Bazar ertəsi, 26 Fevral 2018 17:12

Suriyada atəşkəs qətnaməsinin kövrək olması ehtimalı var

Suriyada atəşkəs qətnaməsinin kövrək olması ehtimalı var

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyir ki, bir qrup xarici və daxili oyunçunun iştirak etməsinə görə, Suriyada atəşkəs qətnaməsinin kövrək olması ehtimalı var.

Şənbə günü gecə BMT-də baş katib Quterreşin və Təhlükəsizlik Şurasınını rəsmi və qeyri-rəsmi üzvlərinin iştirakı ilə otuzgünlük atəşkəs adı altında bir qətnamə qəbul olundu ki, bu müddətdə Afrində və Suriyanın şimal məntəqəsində zərər çəkən əhaliyə müalicə və humanitar yardımların çatdırılması daha asan həyata keçmiş olsun. Atəşkəsin qəbul olunmasına rəğmən, Türkiyə bu məntəqədəki hərbi əməliyyatını davam etdirməkdədir.

Ortaya belə bir sual çıxır: Görəsən, hərbi əməliyyatın davam etməsi qətnaməyə şamil olmurdu? Və görəsən, fasilə, terrorçuların tənəffüs almaları və silahlanmaları üçün bir fürsət sayıla bilərmi? 

İran İslam Respublikasının diplomatiya aparatı bu məsələni dəyərləndirə biləcək seçimlərdən biridir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Suriyanın durumunun böhranlı olmasına toxunaraq, qətnamənin kövrək olması ehtimalını irəli sürür və belə deyir: Xarici siyasət sahəsində heç vaxt qətnamələrin tam şəkildə icrasına bir zəmanət yoxdur. Hər bir qətnamə, xüsusən çoxlu oyunçunun iştirak etdiyi Suriya kimi bir atmosferdə kövrəkliklə üzləşə bilər.

Qasemi bu qətnamənin tam şəkildə icrasına ümid bəsləyərək, deyib: Ümid edirik, bu qətnamə dəqiq surətdə icra olunacaq ki, Afrin məntəqəsinin məzlum əhalisinə humanitar yardımlar üçün münasib atmosfer yaranmış olsun.

Qasemi əlavə edib: Unutmayaq ki, Suriya xalqı çoxlu əzab-əziyyətlə üzləşir və oradakı cari zorakılıqların qarşısını almaq üçün tez bir zamanda tədbir görülməlidir.

Şərh yaz


Məxfi kod
Yenilə