Bazar ertəsi, 26 Fevral 2018 10:51

Suriyanın şimalında iki terror qrupu arasında qarşıdurma baş verib

Suriyanın şimalında iki terror qrupu arasında qarşıdurma baş verib

Cibhətunnusrə və "Suriyanın azad edilməsi cəbhəsi" adlı iki terror qrupu Suriyanın şimalında yerləşən Hələb vilayətinin ətrafındakı məntəqələrdə toqquşubdur.

Cibhətunnusrə və "Suriyanın azad edilməsi cəbhəsi" adlı terror qruplarının ünsürləri arasında Hələbdə gedən toqquşmanın ardınca Cibhətunnusrə-nin hərbi başçısı Yasir Ərəb öldürülüb.

Suriyanın şimal-qərbindəki İdlib vilayətində də Cibhətunnusrə və "Suriyanın azad edilməsi cəbhəsi" adlı terror qrupları arasında döyüşlər bərpa olunub. Bu döyüşlər "Ram Həmda"ya yaxın məntəqələrdə, eləcə də "Zirdna" və "Kəfər Yəhmul" məntəqələrində, həmçinin "Maarə əl-Numan" şəhərinin ətrafında gedib.

Bu iki terror qrupu arasındakı döyüşlər nəticəsində indiyədək beşi uşaq olmaqla, on üç nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.

Əhrarulşam və "Nurəddin əl-Zanaki" terror qrupları fevralın 18-də birləşərək, "Suriyanın azad edilməsi cəbhəsi" adlı yeni bir terror qrupu yaradıblar. 

Şərh yaz


Məxfi kod
Yenilə