Bazar, 25 Fevral 2018 15:23

Dəməşq: Terrorizm əleyhinə mübarizə davam edəcək

Dəməşq: Terrorizm əleyhinə mübarizə davam edəcək

Suriyanın BMT-dəki daimi nümayəndəsi Qərb dövlətlərinin Suriyadakı terror qruplarını himayə etmələrini kəskin formada tənqid edib və deyib: Sriya öz ərazisindəki terror qruplarına qarşı savaşı davam etdirəcək.

Suriyanın Əl-Əxbariyə informasiya kanalının verdiyi məlumata görə, Bəşşar Cəfəri Küveyt və İsveç tərəfindən hazırlanmış Suriyada atəşkəslə bağlı qətnamənin ilkin mətninin Təhlükəsizlik Şurasında təsdiq edilməsindən sonra deyib: "Ötən iki gündə Suriyanın paytaxtı Dəməşqə atılan minlərlə mina mərmisi onlarla insanın o cümlədən Suriyanın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlarının həlak olması və yaralanmasına səbəb olub. Buna baxmayaraq, Qərb dövlətləri terrorçuları dəstəkləmək üçün istənilən fürsətdən istifadə edirlər."

Bəşşar Cəfəri əlavə edib: "Qərb dövlətləri davamlı olaraq Suriyada müvəqqəti olaraq atəşkəsin bərqərar edilməsini vurğulayırlar. Halbuki, onların əsas məqsədi terrorçların məhvinə mane olmaqdır. Əslində onlar BMT TŞ-nin terrorizm ilə mübarizə haqda olan digər qətnamələrinin Suriyada icra edilməsini istəmirlər."

Suriyanın BMT-dəki nümayəndəsi həmçinin deyib: "Qərb dövlətlərinin Suriyadakı terrorçuları aşkar formada himayə etmələrinə baxmayaraq, rəsmi Dəməşq dost ölkələr ilə birlikdə terrorçu qrupların məhv edilməsində qətiyyətlidir."

BMT-nin Təhlükəsizlik Şurası şənbə günü Suriyada 30 günlük atəşkəslə bağlı bir qətnamə qəbul edərək, mühasirədə olan məntəqələrə humanitar yardımların çatdırılmasına şəraitin yaradılmasını istəyib. Rusiyanın təzyiqləri altında terrorçu qruplar bu qətnamənin əhatə dairəsindən kənarlaşdırılıb.

Şərh yaz


Məxfi kod
Yenilə