Şənbə, 24 Fevral 2018 19:59

Terrorçuların Suriyanın cənubuna hücumu nakam qalıb

Terrorçuların Suriyanın cənubuna hücumu nakam qalıb

Suriya ordusunun bölmələri Cəbhətünnüsrə terrorçularının ölkənin cənubunda Qüneytərədə Əlbəs şəhəri ətrafındakı yoxlama-buraxılış məntəqəsinə qarşı hücumunu zərəsizləşdirib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu bu toqquşmada terrorçuların iki zirehli texnikasını və onların sərnişinlərini məhv ediblər. 

Eyni-zamanda Şərqi Qutədə yerləşən digər yaraqlılar Suriya paytaxtını reketlə hədəfə alıblar. 

Dünənki raket hücumlarında Dəməşqdə 3 mülki həlak olub 60 nəfər yaralanıb. 

Suriya ordusu qüvvələri şərqi Qutənin yaşayış məntəqələrinə elanlar yayaraq əhalini şəhəri tərk etmək üçün təhlükəsiz keçidlərdən istifadə etməyə çağırıb. 

Şərh yaz


Məxfi kod
Yenilə