Cümə axşamı, 12 Oktyabr 2017 09:54

Suriya ordusu terrorçuların raket bazalarına hücum edib

Suriya ordusu terrorçuların raket bazalarına hücum edib

Suriya ordusu Hələbin ətrafında terrorçuların raket stansiyalarını hədəfə alıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Lirmun və Raşideyn bölgələrində yerləşən terrorçulara məxsus raket bazaları dünən axşam Suriya ordusunun raket və artileriya hücumlarının hədəfinə alınıb. 

Başqa məlumata görə, Suriyanın şimal qərbində İdlib vilayətinin Ərmənaz şəhərində Cəbhətünnüsrə terrorçularının avtomobili kənarında bir komikadze özünü partladıb. 

Komikadze binbakl motosikletlə Cəbhətünnüsra ünsürlərinin avtomobilini hədəfə alıb və nəticədə 4 terrorçu ölqb bir neçə nəfər də yaralanıb. 

Hələlik kimsə bu hücumun məsuliyyətini üzərinə götürməyib. 

Cəbhətünnüsra terror qrupu oktyabrın 9-da Ərəmnaz şəhərində Əhrarüşşam terror qrupu ilə şiddətli toqquşmalardan sonra bu şəhəri ələ keçirdi. 

Şərh yaz


Məxfi kod
Yenilə