Cümə axşamı, 18 May 2017 10:55

B.Əsəd regiondakı separatçılıq planları ilə mübarizəni vurğulayıb

B.Əsəd regiondakı separatçılıq planları ilə mübarizəni vurğulayıb

Suriya prezidenti Dəməşqdə ərəb şəxsiyyətlərindən ibarət bir heyətlə görüşdə regiondakı separatçılıq planları ilə mübarizənin vacibliyini vurğulayıb.

Suriya prezidenti Bəşşar Əsəd bu görüşdə əlavə edib: Əgər ordunun canfəşanlıqları olmasaydı, Suriya bu illərdə davam gətirə bilməzdi. 

Verilən məlumata görə, bu heyətin üzvləri həmin görüşdə Suriyaya qarşı hücumlar qarşısında bu ölkənin kənarında durmanın vacibliyini vurğulayıblar. Onlar Suriyanı himayənin Fələstin amalının himayəsi olduğunu bildiriblər.

Bu heyətin üzvləri həmçinin Suriyanın bütün plan və fitnələr, o sıradan terrorizm üzərində qələbəsinin qəti olduğunu bildirərək, bu qələbəni ərəb dünyasında müsbət strateji olayların başlanğıcı adlandırıblar.

Şərh yaz


Məxfi kod
Yenilə

haci-cavad-mescidinin-qarsisina-dindarlar-toplasib-saxlanilanlar-var-foto-0z7l9v0x.JPG