Bazar ertəsi, 05 Aprel 2021 23:15

Bəhreyn rejiminin koronaviruslu məhbuslara qarşı laqeyidliyi geniş etirazlar doğurdu

Bəhreyn rejiminin koronaviruslu məhbuslara qarşı laqeyidliyi geniş etirazlar doğurdu

Siyasi məhbusların azadlığa buraxılması üçün Bəhreyndə və bir sıra Avropa ölkələrində kütləvi nümayişlər təşkil edilib.

  ötən gecə (4 aprel) Bəhreyndəki nümayişlər ardıcıl dördüncü gecə etiraz nümayişləri şəklində keçirilib.

 Nümayişdə çoxlu sayda bəhreynli və Ali Xəlifə rejiminin həbsxanalarında saxlanılan siyasi məhbus anaları iştirak edib.

 Nümayişçilər Ali Xəlifə rejimini, koronavirusun geniş yayılması səbəbi ilə məhbusları ən qısa müddətdə azadlığa buraxmağa dəvət edib.

 Livanın Əl-Məyadin informasiya şəbəkəsi Bəhreyndə onlarla məhbusun koronavirusa yoluxduğunu və bu virusa yoluxduqları barədə xəbərlərin yayılmasından sonra etiraz aksiyalarının kütləvi başladığını bildirib.

 Nümayişlər Sitra adası və Sunabisdən Nuvidrata qədər uzanan geniş regionda keçirilib və etirazçılar Bəhreyn səlahiyyətliləri tərəfindən koronavirusa yoluxmuş məhbusarın sayı barədə senzura etməsini qınayıblar.

 Nümayişçilər Ali Xəlifə rejimini məhbusların həyatını təhlükəyə atmaqda günahlandıran plakatlar daşıyıblar.

 Yerli mənbələr Əl-Deyr kəndinin sakinlərinin Ali Xəlifə rejiminin qüvvələri ilə qarşıdurmaya girdiyini bildiriblər. Polis etirazçıları dağıtmağa çalışsa da, etirazlar davam edib.

 Bəhreyn etirazları ilə eyni vaxtda Avropa ölkələrindəki bir çox ərəb və müsəlman vətəndaşlar bəhreynli məhbuslarla həmrəylik nümayişləri keçiriblər.

 Britaniyadakı Bəhreyn səfirliyi qarşısında çoxlu sayda etirazçı ikinci gündür ki, bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsini tələb edir.

 Bəzi etirazçılar, Almaniyada Bəhreyn rejiminin səfirliyi qarşısında toplaşaraq, koronavirusa yoluxma riski olan bəhreynli məhbuslarla həmrəy olduqlarını bildiriblər.

 Digər etirazçılar Bəhreyn həbsxanalarında baş verənlərlə bağlı həqiqəti tələb etmək üçün Parisdə toplaşıblar.

Şərh yaz


Məxfi kod
Yenilə