Bazar, 27 Sentyabr 2020 12:47

Türkiyədə 82 kürd siyasi-vətəndaş fəalının həbsi barədə hökm çıxarılıb

Türkiyədə 82 kürd siyasi-vətəndaş fəalının həbsi barədə hökm çıxarılıb

Ankara prokurorluğu 2014-cü il aksiya işi ilə bağlı, Türkiyədə 82 kürd siyasi-vətəndaş fəalının həbsi barədə hökm çıxarıb.

 Bu şəxslər onda ittiham olunurlar ki, 2014-cü ildə Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın tərəfdarlarını Suriyanın şimalında yerləşən Əynulərəb sərhəd bölgəsi kürdlərini himayə üçün küçələrə çağırmaqla əhali ilə polis arasında çəkişmə və toqquşmaya səbəb olublar və Türkiyənin 37 kürd sakininin öldürülməsi məhz bu şəxslərin təhriki ilə baş veribdir.

Belə bir halda, Türkiyədə hakim partiyanı tənqid edənlərin çoxu Əynulərəb hadisələrini bir bəhanə kimi qələmə veribdir. Onlar qeyd olunan partiyanın yüksək vəzifəli məsul şəxsləri, bələdiyyə başçıları və sabiq parlament üzvlərinin həbs edilmələrini məhkəmə aparatının siyasi rəftarı, prezident sarayına sözsüz tabe olması və mühakimə yürütmə üzrə hüquqi müstəqilliyinin olmamasından bir nümunə kimi qələmə veriblər.

Həbs edilən şəxslər arasında Türkiyə parlamentinin Xalqların Demokratik Partiyasından olan sabiq üzvləri, partiyanın mərkəzi komitəsinin üzvləri və kürdsakinli bölgələrin sakinləri nəzərə çarpır.

Şərh yaz


Məxfi kod
Yenilə