Bazar ertəsi, 18 May 2020 11:07

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 149 min 435 nəfərə çatıbdır

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 149 min 435 nəfərə çatıbdır

Türkiyənin səhiyyə nazirliyi dünən gecə bildirib ki, ötən sutka ərzində bu ölkədə 1368 yeni yoluxma halı qeydə alınıb. O, qeyd edib ki, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 149 min 435 nəfərə çatıbdır.

Türkiyənin səhiyyə nazirliyi bu ölkədə koronavirusdan ölənlərin sayını da 4 min 140 nəfər elan edib. Bu rəqəm şənbəgünkü statistika ilə müqayisədə 44 nəfər çoxdur.

Rəsmi adı COVID-19 olan yeni koronavirus növü ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib və hazırda Çindən əlavə, təqribən bütün dünya ölkələrinə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ-yə sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada 4 milyon 770 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən bir milyon 843 min nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. Azı 314 nəfər isə həyatını itiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə