Çərşənbə axşamı, 12 May 2020 11:22

Ban Ki Mun qərb sahilinin işğal olunmuş ərazilərə qatılması planını tənqid edib

     Ban Ki Mun qərb sahilinin işğal olunmuş ərazilərə qatılması planını tənqid edib

BMT-nin sabiq baş katibi qərb sahilinin işğal olunmuş ərazilərə qatılması planını tənqid edib. Bildirib ki, bu plan sionist rejimin ağılsız bir təcavüzüdür.

SaharAzeri-nin bildirdiyinə görə, Ban Ki Mun bir açıqlamada xəbərdarlıq edibdir ki, qərb sahilinin işğal olunmuş ərazilərə qatılması planı beynəlxalq qanunlar və meyarlarla təzad təşkil edir və onlara dağıdıcı təsir göstərəcəkdir.

BMT-nin sabiq baş katibi işğal olunmuş ərazilərə qatılmaq təhdidi ilə mübarizə üçün «Qərbi Asiya sülhü» kimi yeni bir proqramın yaradılması vacibliyini vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreş də bundan öncə sionist rejimin Fələstində sionist qəsəbə salmaları genişləndirməyə çalışması haqda xəbərdarlıq edibdir.

Quterreş vurğulayıb ki, sionist rejimin qəsəbə salmaları qanunsuzdur.

Sionist rejim başçıları razılaşıblar ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması planını iyul ayından icra etsinlər.

ABŞ-ın işğal olunmuş Fələstindəki səfiri Devid Fridman bu razılaşmaya dəstək verərək, deyibdir ki, Amerika bir neçə həftədən sonra bu qatılmanı rəsmən tanımağa hazırdır.

Şərh yaz


Məxfi kod
Yenilə