Çərşənbə axşamı, 12 May 2020 10:08

5 ölkə Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsini pisləyib

    5 ölkə Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsini pisləyib

Misir, əmirliklər, Fransa, Yunanıstan və Kipr dünən gecə birgə bəyanatda «Türkiyənin Liviyaya hərbi müdaxiləsi» adlandırdıqları məsələni pisləyib və rəsmi Ankaradan Liviyaya qüvvə göndərməyi dayandırmasını istəyiblər.

SaharAzeri-nin verdiyi məlumata görə, Bu ölkələr Türkiyənin Kipr sahillərindəki fəaliyyətlərini də pisləyiblər.

Bu beş ölkə iddia edibdir ki, Türkiyə Yunanıstanın hava məkanını pozub və miqrantların qanunsuz keçidi ilə ondan bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Qeyd olunan ölkələr birgə bəyanatda vurğulayıblar ki, Türkiyə ilə Liviya milli birlik hökuməti tərəfindən imzalanmış iki anlaşma sənədi BMT-nin Liviyaya tətbiq etdiyi silah sanksiyası və beynəlxalq hüquq normaları ilə təzad təşkil edir.

Türkiyə son zamanlar ciddi şəkildə Liviya işinə daxil olub və Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qrup qarşısında rəsmən Faiz Əlsərracın hökumətini himayə edir.

Şərh yaz


Məxfi kod
Yenilə