Bazar ertəsi, 11 May 2020 16:02

Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyənin səhiyyə nazirliyi dünən gecə bildirib ki, ötən sutka ərzində koronavirusa yoluxma səbəbindən bu ölkədə daha 47 nəfərin vəfat etməsi ilə Türkiyədə bu virusdan ölənlərin sayı 3786 nəfərə çatıbdır.

SaharAzeri-nin bildirdiyinə görə, Türkiyənin səhiyyə nazirliyi həmçinin ötən sutka ərzində bu ölkədə koronavirusa 1542 yeni yoluxma halının qeydə alındığını bildirib. Qeyd edib ki, indiyədək Türkiyədə 138 min 657 nəfər bu virusa yoluxub.

Rəsmi adı COVID-19 olan yeni koronavirus növü ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib və hazırda Çindən əlavə, demək olar ki, bütün ölkələrə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Türkiyə, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada 4 milyon 168 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən bir milyon 468 min nəfər sağalıb, azı 283 min nəfər isə vəfat edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə