Cümə axşamı, 07 May 2020 09:51

Türkiyə lirəsinin dəyəri minimum həddə enib

Türkiyə lirəsinin dəyəri minimum həddə enib

ABŞ dolları qarşısında Türkiyə lirəsinin dəyəri 1,7 faiz süqutla son 17 ayda minimum həddə enib.

Keçən həftədən başlanan Türkiyə lirəsinin zəifləmə prosesi dünən də davam edib. Belə ki, ABŞ dolları qarşısında Türkiyə lirəsinin dəyəri son 17 ayda özünün ən aşağı həddinə enibdir.

Ekspertlərin sözlərinə görə, hal-hazırda lirənin süqut etməsinin ən əsas dəlili koronavirusun Türkiyə iqtisadiyyatında törədəcəyi nəticələrdən nigarançılıqdır. Xüsusən indiki şəraitdə ki, bu ölkənin turizm sənayesi uçuşların və otellərin rezervlərinin ləğvinə görə ciddi problemlə üzləşibdir.

Şərh yaz


Məxfi kod
Yenilə