Bazar ertəsi, 04 May 2020 12:58

Tikritin şərqində 4 terrorçu öldürülüb

Tikritin şərqində 4 terrorçu öldürülüb

İraqda xalq səfərbər qüvvələri təşkilatı- Əlhəşduşşəbi dünən İŞİD terror qrupu ünsürlərinin bu ölkənin şimalında yerləşən Səlahəddin vilayətinin şərqindəki Ələys bölgəsinə qarşı hücum cəhdini uğursuz qoyub.

Əlhəşduşşəbi bir açıqlamada bildirib ki, bu təşkilatın 21-ci diviziyasının qüvvələri İŞİD terror qrupu ünsürlərinin Ələys bölgəsinə qarşı hücumunu dəf və terrorçuları qaçmağa üz qoymağa məcbur ediblər.

Belə bir halda, İraqda xalq səfərbər qüvvələri təşkilatı- Əlhəşduşşəbi-nin İŞİD terrorçularının Səlahəddin vilayətində yerləşən Tikrit şəhərinin şərqindəki mövqelərinə qarşı artilleriya hücumunda da 4 terrorçu məhv edilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə