Bazar, 03 May 2020 17:07

Ərəbistanın Əldəmmam şəhərində karantin

    Ərəbistanın Əldəmmam şəhərində karantin

Koronavirus pandemiyasına görə, Ərəbistanın ikinci iri sənaye şəhəri olan Əldəmmam şəhərində naməlum müddətədək karantin elan olunub.

Səudiyyə Ərəbistanı krallığı bildirib ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə bu ölkənin şərqində yerləşən Əldəmmam sənaye şəhəri karantinə alınır və şəhər sakinləri yalnız təyin edilmiş saatlarda evdən çıxaraq, öz ehtiyaclarını təmin edə bilərlər.

Ərəbistanın səhiyyə nazirliyi şənbə günü daha 1362 nəfərin koronavirusa yoluxmasından xəbər verib və bu ölkədə həmin virusa yoluxanların ümumi sayını 25 min 500 nəfər elan edibdir.

Ərəbistan koronavirusa yoluxanların sayı cəhətdən Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin önündə gedir.

Şərh yaz


Məxfi kod
Yenilə