Şənbə, 02 May 2020 11:19

Türkiyədə koronavirusdan daha 84 nəfər həyatını itirib

Türkiyədə koronavirusdan daha 84 nəfər həyatını itirib

Türkiyənin səhiyyə naziri dünən gecə ötən sutka ərzində bu ölkədə koronavirusa yoluxmuş daha 84 nəfərin həyatını itirdiyini bildirib.

Türkiyədə ötən sutka ərzində daha 84 nəfərin ölümünün elan olunması ilə bu ölkədə koronavirusdan ölənlərin sayı 3258 nəfərə çatıb.

Fəxrəddin Koca həmçinin ötən sutka ərzində bu ölkədə 2188 yeni yoluxma halının qeydə alındığını bildirib. Qeyd edib ki, indiyədək Türkiyədə 122 min 392 nəfər bu virusa yoluxubdur.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib və hazırda Çindən əlavə, ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla 200-dən çox ölkəyə yayılıbdır.

Son statistikaya görə, dünyada 3 milyon 364 min nəfərdən çox insan bu virusa yoluxub. Onlardan təqribən 1 milyon 69 min nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. Azı 237 min nəfər də həyatını itiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə