Ruhani sərdar babayevin həbsdə saxlanma müddəti uzadılıb.
Aran radiosu "Maidə.Az"-ın teleqram kanalına istinad edərək bildirir ki bu barədə onun yaxınları məlumat veriblər.
Həmin məlumata əsasən,vəkilin həbsdə saxlanmaya etirazı təmin edilməyib. Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı sərdar babayev(hacıhəsənli) haqqında həbs qətimkan tədbirinin müddəti daha dörd ay artırılıb. Səbail rayon məhkəməsinin qərarıyla onun istintaq dövründə həbsdə saxlanma müddəti aprelin 19-na qədər uzadılıb. Sərdar babayevin vəkili Cavad cavadov bu qərardan apelyasiya şikayəti versədə, nəticə dəyişməyib, Səbail rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Sərdar babayevlə bağlı istintaq dövlət təhlükəsizliyi xidmətinin istintaq baş idarəsində aparılıb. müstəntiq məhkəmədə deyib ki, hələ araşdırılmalar başa çatmayıb,bir sıra zəruri istintaq hərəkətlərin aparılmasına ehtiyac var. bu üzdən həbs qətimkan tədbirinin müddəti uzadılmalıdır.
İlahiyyatçı və onun vəkili isə həbsin uzadılması üçün verilən təqdimata etiraz edib. onlar bildirib ki sərdar babayevin daimi yaşayış yeri var,istintaqdan yayınmaq,prosesin gedişinə təsir göstərmək niyyəti yoxdur. ona görədə istintaq dövründə həbsdə saxlanmasına ehtiyac yoxdur. lakin məhkəmə təqdimatı təmin etməyib.
Xatırladaq ki , son vaxtlar Azərbaycan respublikasında dindar gənclər vasitəsi ilə sosial şəbəkələrdə şeyx sərdar hacıhəsənliyə azadlıq tələbi ilə kampaniyalara start verilib.