Şənbə, 15 Yanvar 2022 14:38

ABŞ-ın İraqın şimalındakı bazasına PUA hücumu edilib

ABŞ-ın İraqın şimalındakı bazasına PUA hücumu edilib

İraq mənbələri ABŞ-ın bu ölkənin şimalındakı bazasının bir neçə pilotsuz uçuş aparatı ilə hədəf alındığını bildiriblər.

 İraq mediası bu gün səhər bildirib ki, Səlahəddin vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Bələd aviabazası hücuma məruz qalıb. 

"Saberin News" Telegram kanalı ABŞ bazasında təhlükə siqnallarının səsləndiyini və bazanın bir neçə PUA-nın hücumuna məruz qaldığını bildirib.

"Saberin News" bir neçə dəqiqə sonra,  ABŞ-ın hərbi bazasına hücumun ardınca bazada yanğının baş verdiyini və tüstünün havaya qalxdığını bildirib.

Xəbər portalı əlavə edib ki, bazanın Amerika hissəsi bağlanıb və qüvvələr hazır vəziyyətə gətirilib. 

Portalın məlumatına görə, hücumdan sonra bazada yerləşdirilən qüvvələrə səsgücləndiricilər vasitəsilə ingilis dilində xəbərdarlıq edilib, halbuki daha əvvəl bazada heç bir xarici və ya Amerika qüvvələrinin yerləşmədiyi iddia edilirdi.

Şərh yaz


Məxfi kod
Yenilə