Cümə axşamı, 21 May 2020 11:58

Əlbəğdadinin canişini həbs olunub

Əlbəğdadinin canişini həbs olunub

İraqın kəşfiyyat orqanı İŞİD terror qrupunun keçmiş başçısı Əbubəkr Əlbəğdadinin canişini Əbdulnasir Qərdaşın bu ölkədə həbs olunmasından xəbər verib.

 İraqın kəşfiyyat orqanı bildirib ki, bu həbs dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilibdir.

Əbdulnasir Qərdaş Əbubəkr Əlbəğdadinin canişinliyinə namizədlərdən biri idi.

Əlbəğdadi 2019-cu il oktyabrın 26-da ABŞ vertolyotlarının Suriyanın İdlib şəhərində keçirdikləri əməliyyatda öldürülübdür.

Qərdaşın həbs edilməsi xəbəri elə bir halda yayılır ki, Əlhəşduşşəbi qüvvələri mübarək Ramazan ayı başlanandan bəri döyüşlər gedən vilayətlərdə İŞİD-ə qarşı əllidən çox böyük və kiçik əməliyyat keçiriblər. Bu təşkilatın məsul şəxslərinin verdikləri biliyə əsasən, əməliyyatlar terrorçuların geri oturdulmaları və məhv edilmələrinədək davam edəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə