Çərşənbə, 06 May 2020 15:04

İraqlı deputat ABŞ səfirinin qovulmasını istədi

    İraqlı deputat ABŞ səfirinin qovulmasını istədi

İraq Parlamentinin deputatı Həsən Səlim ABŞ hökumətini sərt şəkildə tənqid edərək bu ölkə səfirinin Bağdan çıxarılmasını istəyb.

Əl-Aləm Telekanalının məlumatına əsasən, İraq Parlamentinin deputatı Həsən Səlim çıxışı zamanı ABŞ hökumətini tənqid edib.  

Millət vəkili ABŞ səfirinin də ölkədən çıxarılması üçün hökumətə çağırış edib və bu məsələnin zəruri olduğunu vurğulayıb.  

O deyib: "İŞİD-i dəstəkləyən və maliyyələşdirən ABŞ qarşısında səssiz qalmamalıyıq. Əgər səssiz qalsaq onlar İraqda yenidən xaos yaradacaqlar. Bu səbəbdən ABŞ qarşısında ciddi addımlar atmaq üçün siyasi iradə də zəruridir. 

Xatırladaq ki, son bir neçə gün ərzində İŞİD-in sönük özəkləri ABŞ və Ərəbistanın dəstəkləri ilə İraqın Səlahəddin, Ziqar və Diyali vilayətlərində bir neçə terror hücumu həyata keçiriblər. Bu hadisələr İraqda anti-ABŞ əhval-ruhiyyəsini gücləndirib. Siyasi dairələrdə deyilir ki, ABŞ hökuməti İraq parlamentinin məlum qərarı əsasında öz qoşunlarının saxlanılmasını əsaslandırmaq üçün İŞİD terror təşkilatını hərəkətə gətirib. 

İraq parlamenti yanvarın 5-də Müqavimət komandirləri o cümlədən general Qasim Süleymanin şəhid edilməsinin ardınca ABŞ qüvvələrinin bu ölkədən çıxarılması barədə qanun qəbul etdi.

Şərh yaz


Məxfi kod
Yenilə