Çərşənbə, 06 May 2020 11:31

İraq Hizbullahı: “İŞİD-in fəallaşması ABŞ-Səudiyyə planları ilə əlaqədardır”

    İraq Hizbullahı: “İŞİD-in fəallaşması ABŞ-Səudiyyə planları ilə əlaqədardır”

İraqın Hizbullah briqadalarının sözçüsü Məhəmməd Muhyi İraqın müxtəlif bölgələrində İŞİD terrorçularının yenidən fəallaşmasının ABŞ-Səudiyyə rejiminin layihələri çərçivəsində reallaşdıdığını bildirib.

İRNA-ya açıqlama verən Məhəmməd Muhyi, ABŞ və Səudiyyə rejiminin öz siyasi tələblərini İraqa diqtə etmək məqsədilə son dövrdə İŞİD terrorçularını hərəkətə keçirdiyini qeyd edib.

O deyib ki, bu proseslər özbaşına olmur. Bəzi regional və beynəlxalq kəşfiyyat təşkilatları sözügedən terrorçulara dəstək verirlər.

İŞİD-in yenidən güclənməsində səudiyyəlilərin rolunun böyük olduğunu bildirən Hizbullah briqadalarının sözçüsü İŞİD-in fəallığının son dövrdə İraqın bəzi şəhərlərində etiraz nümayişlərini yönləndirərək dağıdıcı cəhdlər edən bəzi dəstələrin təşəbbüsləri ilə əlaqəli olduğunu vurğulayıb.

İraq Hizbullahının təmsilçisi həmçinin ABŞ-ın İraqa yeni siyasi şərtlərini tətbiq edərək, ölkəni öz nəzarəti altına saxlamaq istədiyini, bu məzmunda Həşduş-Şəbi qüvvələrini aradan qaldırmağı hədəf seçdiyini bildirib.

Muhyi İŞİD terrorçularının İraqın təhlükəsizlik qüvvələri və Həşduş-Şəbinin meydanda güclü olması səbəbi ilə artıq İraqda heç bir nöqtəni işğal edə bilmədiyini vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə