Çərşənbə axşamı, 05 May 2020 10:11

İraqda İŞİD ilə mübarizə bitməyibdir

    İraqda İŞİD ilə mübarizə bitməyibdir

İraq Milli Hikmət cərəyanının rəhbəri Seyyid Əmmar Həkim bildirib ki, İŞİD ilə mübarizə bitməyibdir. O, İŞİD terror qrupunun xüsusən İraqın qərb vilayətlərindəki hücumlarının artmasından sonra təhlükəsilzik işinin yenidən nəzərdən keçirilməsi vacibliyini vurğulayıb.

İraq Milli Hikmət cərəyanının rəhbəri dünən İŞİD terror qrupunun son hücumlarına reaksiyada bir açıqlama yayıb. O, bu açıqlamada təhlükəsizlik layihələrinin modernləşdirilməsi, kəşfiyyat səylərinin artırılması, eləcə də önləyici zərbələrin nəzərdə tutulmasını zəruri adlandırıbdır.

İŞİD terror qrupu ötən günlərdə İraqın Ələnbar, Diyalə və Səlahəddin vilayətlərində, bu ölkə paytaxtının şərq, qərb və şimal bölgələrində son bir-iki il ilə müqayisədə misli görünməmiş fəaliyyətlərə malik olubdur.

İraqın birgə hərbi komandanlığı bazar ertəsi günündən Ələnbar və Diyalə vilayətlərində "Çöl Şirləri" adlı geniş təhlükəsizlik əməliyyatına başlayıbdır. Əməliyyatda məqsəd, İŞİD terror qrupunun aşkar və təqib edilməsi, həmçinin yatırılmasıdır.

Şərh yaz


Məxfi kod
Yenilə