Cümə, 24 Aprel 2020 12:05

Şəhid Soleymaninin terrorunun cəhətləri öyrəniləcək

    Şəhid Soleymaninin terrorunun cəhətləri öyrəniləcək

İraq Hizbullahı batalyonları İraqın yeni nazirlər kabinetini təşkil edəcək Mustəfa Əlkaziminin şəhidlər general Soleymani və Əbu Məhdi Əlmuhəndisin terrorlarının cəhətlərinin araşdırılması üzrə komitənin yaradılması ilə razılaşmasından xəbər verib.

İraq Hizbullahı batalyonları bir açıqlamada vurğulayıb ki, Amerika bu dəhşətli cinayətin nəticələri barədə məsuliyyət daşıyır. O, qeyd edib ki, bu cinayət, eləcə də onda əlləri olan və ittiham edilən tərəflər barədə sənəd və faktlar mövcuddur.

Açıqlamaya görə, İraq Hizbullahı batalyonları vurğulayıbdır ki, bu komitənin iş prosesi və təhqiqatın nəticələri tam şəffaf şəkildə İraq xalqına təqdim olunmalıdır.

İraqın məsul şəxslərinin rəsmi dəvəti ilə 2020-ci il yanvarın 3-də bu ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general-leytenant pasdar Qasem Soleymani və İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu-Məhdi Əlmuhəndis amerikalı terrorçuların Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid edildilər.

Amerikanın müharibə nazirliyi- Pentaqon-un bildirdiyinə görə, bu hava hücumu barədə əmri Amerika prezidenti Donald Tramp veribdir.

Şərh yaz


Məxfi kod
Yenilə