Bazar ertəsi, 13 Aprel 2020 13:45

İraq nazirlər kabinetinin təşkili üçün siyasi qrupların həmkarlığı

İraq nazirlər kabinetinin təşkili üçün siyasi qrupların həmkarlığı

İraq nazirlər kabinetinin təşkili tapşırığını almış Mustafa Əlkazimi siyasi qrupların bu ölkə xalqının qəbul edəcəyi nazirlər kabinetinin təşkili sahəsindəki həmkarlıqlarından razılıq edib.

Mustafa Əlkaziminin informasiya ofisi dünən bir açıqlamada bildirib ki, Əlkazimi yeni hökumətin təşkili istiqamətində siyasi və ictimai qrupların həmkarlığı ilə və öz münasibətlərinə uyğun şəkildə müsbət atmosferdəki məşvərətlərini davam etdirir.

Açıqlamada deyilir: Ötən günlərdə görüşlər və məşvərətlər həyata keçirildi. Bu görüşlərdə Əlkazimi mümkün olan ən yaxın zamanda İraqın yeni hökumətinin təşkili və nazirlər kabinetinin proqramının təqdim olunması üzrə əzmkarlığına təkid etdi.

Əlkazimi həmçinin BMT-nin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Jannin Hennis Plasshart ilə görüşdə onunla nazirlər kabinetinin təşkili, koronavirusla mübarizə üzrə səylər, İraq ilə BMT arasında həmkarlıq və koordinasiyanın davam etdirilməsi barədəki məsələlər haqda söhbət edib.

BMT-nin İraq məsələləri üzrə xüsusi nümayəndəsi də Əlkaziminin müştərək həmkarlığın artırılmasına təmayül və milli razılaşma sayəsində yeni nazirlər kabinetinin təşkili üzrə səylərinə dəstəyə təkid edib.

İraqın yeni baş nazirinin etimad səsi qazanmaq üçün öz nazirlər kabinetini bu ölkə parlamentinə təqdim etmək istiqamətində bir ay fürsəti var.

Şərh yaz


Məxfi kod
Yenilə