Şənbə, 11 Aprel 2020 13:31

General Soleymani İŞİD-Lə mübarizədə kürdlərə kömək edən ilk şəxs idi

General Soleymani İŞİD-Lə mübarizədə kürdlərə kömək edən ilk şəxs idi

İraq Kürdüstanı demokrat partiyasının sədri səudiyyənin MBC telekakanlı ilə müsahibədə belə qeyd edib: İran və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar şəhid Hac Qasem Soleymani İŞİD terror qrupu ilə mübarizədə İraqın Kürdüstan bölgəsinə kömək edən ilk şəxslərdən idi.

Məsud Barizani bu müsahibədə deyib: İŞİD-in İraqa hücumunun ilk günlərində və İraqın Kürdüstan bölgəsinə yaxınlaşdığı günlərdə şəhid Soleymani onunla əlaqə saxlayaraq, köməyə hazırlığını bildirən ilk şəxs idi.

Barizani sonra deyib: Bu təmasın sabahısı günü İran İslam Respublikası İraqın Kürdüstan bölgəsinə silah daşıyan iki təyyarə göndərdi.

General-leytenant pasdar Qasem Soleymani İraqın məsul şəxslərinin rəsmi dəvəti ilə bu ölkəyə səfər etmişdi.

Bir çox ölkə, təşkilat və qrup ABŞ-ın general Soleymaniyə qarşı terror hərəkətini pislədi.

General Soleymani Qərbi Asiya bölgəsində İŞİD daxil olmaqla təkfirçi və terrorçu qruplarla mübarizənin tanınmış simalarından idi.

Şərh yaz


Məxfi kod
Yenilə