Çərşənbə, 01 Aprel 2020 21:32

İraqın müqavimət qrupları ABŞ-a xəbərdarlıq edib

İraqın müqavimət qrupları ABŞ-a xəbərdarlıq edib

İraq rəsmiləri ABŞ qüvvələrinin Ərbil vilayətinin şərqində yerləşən Hərir bazası və İraqın qərbindəki Eynül-Əsəd bazasından geri çəkilmələrinin arxasında gizli niyyətlərin olması barədə xəbərdarlıq ediblər.

Əl-Aləm telekanalının məlumatına görə, Əsaib Əhl-əl Həqq hərəkatının baş katibinin müavini ABŞ-a İraqda müqavimət qüvvələrinə hücum etməsi barədə xəbərdarlıq edərək, ABŞ-ın İraqda xəbiscəsinə müqavimət qruplarının bazalarına hücum etmək niyyətində olduğunu qeyd edib.

İraqın müvəqqəti baş naziri Adil Əbdül Mehdi də ABŞ koalisiyasına İraqın suverenliyini pozacaq hərbi hərəkətlərinin nəticələri barədə sərt xəbərdarlıq edib. Bu elə bir haldadır ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri, ABŞ-ın İraqın daxilində bu ölkənin xalq səfərbər qüvvələrinə qarşı gərginlik yaratmaq niyyətində olduğuna dair şübhələrin yarandığı bir vaxtda  bir sıra bazalardakı qərargahlarını İraq ordusuna təhvil veriblər.

Əlaləm telekanalının müxbiri Übeydə Əbdül-Fəttah bir reportajda bir sıra qərargahların İraq qüvvələrinə təhvil verilməsinə işarə edərək, bu hərəkətin zahirdə İraq bataqlığından çıxmaq kimi göründüyünü söyləyib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın şimalında yerləşən Neynəva vilayətindəki qərargahlarını bu ölkənin Müdafiə Nazirliyinə təhvil veriblər. İki gün əvvəl də Kərkük vilayətindəki "k 1" bazası İraq ordusuna təhvil verilib. ABŞ-ın Eynül-Əsəd kimi əsas bazalardan geri çəkilməyəcəyi zamana qədər hərbçilərin təxliyə edilməsi tam geri çəkilmə anlamına gəlmir. 

İraqın xalq səfərbər qüvvələrinin komandirlərindən biri Kazim Fərtusi bu haqda deyib: "Bu geri çəkilmə İraq parlamentinin qəbul etdiyi qərarın icrası və İraq hökumətinin tələbi əsasında deyil, əksinə onun endirilən zərbələrə görə baş verdiyinə inanırıq və ABŞ öz qüvvələrini yenidən düzməyə çalışır, odur ki, bunun işin sonu olduğunu və ABŞ qüvvələrinin İraqı tərk etdiyini düşünməməliyik".

Müxbirin sözlərinə görə, İraq rəsmiləri ABŞ qüvvələrinin Ərbil vilayətinin şərqində yerləşən Hərir bazası və İraqın qərbindəki Eynül-Əsəd bazasından geri çəkilmələrinin arxasında gizli niyyətlərin olması barədə xəbərdarlıq edib, bəlkə də məqsədin İraq daxilində xalq səfərbər qüvvələrinə qarşı gərginlik yaratmaq və ABŞ qüvvələrini uzaqlaşdırmaq və ABŞ-ın İraqdakı varlığına qarşı olanların raket hücumundan qorunmaq üçün əlçatmayan bazalara köçürmək olduğunu bildiriblər.

Əsaib Əhl-əl Həqq Hərəkjatının baş katibinin müavini Seyid Məhəmməd Təbatəbai isə deyib: "ABŞ-ın xəbiscəsinə niyyəti müqavimət qruplarının bazalarına hücum etməkdir. Bunun bizi qorxutmadığını və ABŞ-ın hörümçək yuvasından daha zəif olduğunu deyirik".

Bu məlumatlar "Nyu-York Tayms" qəzetinin İraqın müqavimət qrupları ilə mübarizənin ciddi şəkildə ABŞ prezidenti Donald Trampın gündəmində olduğuna dair yazısınının doğru olduğuna dair fərziyyəsini gücləndirir.

Siyasətçi Abbas Ərdavinin fikrincə, ABŞ axmaq bir hərəkət edə bilər, lakin onun müqavimət qrupları və müqavimət komandirlərini hədəfə alması danılmaz bir gerçəklikdir. Şübhəsiz, müqavimət ABŞ planlarının icra edilməsinə maneədir, lakin daha önəmlisi və ABŞ üçün çətin olan məsələ İraqda cavab siyasətinin olmasını anlamasıdır və atəşin cavabı da atəşdir.

Digər tərəfdən Adil Əbdül Mehdi ABŞ koalisiyasına İraqın suverenliyi və ali maraqlarını pozan hərbi hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edib.

 

Şərh yaz


Məxfi kod
Yenilə