Bazar ertəsi, 09 Mart 2020 14:56

İraq xalqının əcnəbilərin iştirakına ehtiyacı yoxdur

İraq xalqının əcnəbilərin iştirakına ehtiyacı yoxdur

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi dünən Bağdadda İraq prezidenti Bərhəm Salih ilə görüşdə deyib ki, İraq xalqı öz maraqlarını yaxşı tanıyır və əcnəbilərin iştirakına və öz fikirlərini tətbiq etmələrinə ehtiyacı yoxdur.

Əli Şəmxani bu görüşdə İranın bütün sahələrdə İraq xalqının suverenliyi,istiqlaliyyəti və iradəsinə dəstək üzrə prinsipial mövqeyini vurğulayıb və ümidvarlıq edib ki, dini və etnik cinahlar və siyasi qrupların iştirakı ilə İraq xalqının istəyi və iradəsindən irəli gələn hökumət tez bir zamanda bu ölkənin işlərinin idarəsini öz üzərinə götürəcək.

Bərhəm Salih də deyib ki, İran sərt dövrdə İraqın müttəfiqi və dostudur. O, deyib ki, iraq xalqı həmişə İranın dövləti və xalqına minnətdardır.

Sonda iki tərəf İran və İraqın koronavirusla mübarizədə birgə həmkarlığını vurğulayıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi bundan öncə İraqın işlərinin həyata keçirilməsi hökumətinin başçısı Adil Əbdulməhdi, İraq milli təhlükəsizlik müşaviri Falih Fəyyaz, İraqın təhlükəsizlik xidmətinin rəisi Mustafa Əlkazimi və bu ölkənin bir qrup digər rəsmiləri və şəxsiyyətləri ilə məşvərətlər edibdir.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani şənbə günü gecə yüksək səviyyəli siyasi-təhlükəsizlik heyəti ilə və iraqlı rəsmilərlə görüş məqsədilə İraqın paytaxtı Bağdada daxil olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə