Şənbə, 15 Fevral 2020 19:36

Sədr cərəyanının himayədarları dini dəyərləri himayə yürüşü keçiriblər

Sədr cərəyanının himayədarları dini dəyərləri himayə yürüşü keçiriblər

İraqda Sədr cərəyanının rəhbəri Muqtəda Sədrin dini dəyərlərin qorunmasına dair açıqlamasından sonra bu cərəyanın tərəfdarlarından minlərlə nəfər Bağdad, Nəcəf və Bəsrədə yürüş keçirib.

Əksər hissəsini qadınlar təşkil edən iraqlı yürüşçülər İraq cəmiyyətinin dini dəyərləri və müqəddəslərinə hörmətsizliyi pisləyiblər.

Bağdaddakı aksiyaçılar Əltəhrir meydanındakı etirazçılara qatılaraq, İraq cəmiyyətinin birliyinə və dini rəhbərlərə dəstəyə dair şüarlar veriblər.

Sədr cərəyanının rəhbəri ötən cümə axşamı günü İraqda aksiya adı altında keçirilməli olan bəzi qeyri-etik çağırışlara reaksiyada vurğuladı ki, əxlaq pozğunluqlarına və dini ifratçılığa icazə verməyəcək.

İraqın müxtəlif şəhərləri ötən ilin 25 oktyabrından bəri xalq aksiyalarının şahididir.

Aksiyaçılar geniş korrupsiyaya, həmçinin sosial xidmətlərə və məişət vəziyyətinə etiraz edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə