Şənbə, 03 Mart 2018 21:15

Mosulun qərbində İŞİD terrorçuları həbs olunublar

Mosulun qərbində İŞİD terrorçuları həbs olunublar

İraqın daxili işlər nazirliyi Mosulun qərbində keçirilən önləyici əməliyyatda on yeddi İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.

İraq daxili işlər nazirliyinin sözçüsü Səəd Məən bir bəyanatda bildirib: Neynəva vilayəti polisinin komandanlığı altında olan sürətli reaksiya qüvvələri Mosul şəhərinin qərbində yerləşən "Baduş" məntəqəsində keçirdikləri önləyici əməliyyatda bu terrorçuları həbs edə biliblər.

Səəd Məən əlavə edib: Həbs olunanlar arasında həbs olunmaları barədə hökm çıxarılmış şəxslər mövcuddur.

İraqın təhlükəsizlik qüvvələri ötən bir neçə gün ərzində İŞİD-in bir neçə silah anbarı və sığınacağını ələ keçiriblər ki, terrorçular onlardan istifadə ilə mülkiləri və təhlükəsizlik qüvvələrini hədəfə almaq niyyətində imişlər.

Belə bir halda, İŞİD terrorçularından azı altı nəfər İraqın xalq səfərbər qüvvələri tərəfindən Kərkükün cənubunda məhv edilibdir.

İraqın "Vaa" informasiya agentliyi Bağdaddakı bir təhlükəsizlik mənbəyinə istinadla bildiribdir ki, üç mülki şəxs bu gün səhər Bağdadın şimalında yerləşən "Əltaci" məntəqəsindəki bir ticarət mərkəzinin yaxınlığında baş vermiş bomba partlayışı nəticəsində yaralanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə