Bazar ertəsi, 26 Fevral 2018 11:03

İraq Kürdüstanının neft gəlirlərindən 700 milyon dollardan çox pul yoxa çıxıb

İraq Kürdüstanının neft gəlirlərindən 700 milyon dollardan çox pul yoxa çıxıb

İraq Kürdüstanı məntəqəsi məclisinin üzvlərindən biri bu məntəqənin neft gəlirlərindən 700 milyon dollardan çox pulun yoxa çıxmasından xəbər verib.

İraq Kürdüstanı məntəqəsi məclisinin maliyyə komissiyasının sədr müavini Əli Həma Salih deyib ki, iki ay ərzində bu məntəqənin neft gəlirlərindən 700 milyon dollardan çox pul yoxa çıxıbdır.

Salih deyib: Ötən iki ay ərzində İraq Kürdüstanı məntəqəsi dövlətinin ixrac etdiyi neftdən əldə olunan gəlirlər bir milyard iki yüz milyon dollardan yuxarı olub. O, əlavə edib ki, İraq Kürdüstanı məntəqəsi bu müddət ərzində işçilərin əmək haqları üçün beş yüz milyon dollar xərcləyib və bu, o, deməkdir ki, 700 milyon dollardan çox pul naməlum şəxslərin əlləri ilə yoxa edilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə