Bazar, 25 Fevral 2018 15:43

Terrorçular İraqın şimalında neft yatağına hücum ediblər

Terrorçular İraqın şimalında neft yatağına hücum ediblər

İraqın şimalında bir neft yatağı terrorçuların hücumuna məruz qalıb.

Əl-Hədəs telekanalının verdiyi məlumata görə, terrorçuların İraqın şimalında, Kərkük vilayətində "Xəbaz" neft yatağına hücumu zamanı 2 polis əməkdaşlı həlak olub, 3 nəfər də yaralanıb. Bu terror hücumunun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

İraqın təhlükəsizlik qaynaqları Kərkük vilayətində yerləşən Əl-Hüvəycə məntəqəsinin ötən ilin oktyabrında İŞİD-in işğalından azad edilməsindən bəri, terrorçuların ilk dəfədir ki, bu məntəqədə neft təsisatlarına hücum etdiklərini bildiriblər.

İraqın təhlükəsizlik qaynaqları həmçinin bazar günü bildiriblər ki, bir terrorçu kamikadze bu gün səhər Kərkükün mərkəzində Həşdüşşəbi qüvvələrinin qərargahı yaxınlığında üzərindəki partlayıcı qurğunu işə salaraq, bir qrup insanın ölməsi və yaralanmasına səbəb olub.

Başqa bir məlumata görə, İraqın Hərbi Kəşfiyyat Təşkilatı Əl-Ənbar vilayətində İŞİD terrorçularına məxsus 100 ədəd partladılmağa hazır qurğunun aşkar edildiyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə