Bazar, 25 Fevral 2018 13:10

İbrahim Cəfəri: İraqın xarici hərbi bazalara ehtiyacı yoxdur

İbrahim Cəfəri: İraqın xarici hərbi bazalara ehtiyacı yoxdur

İraqın xarici işlər naziri deiyb: İraq hökuməti dəfələrlə tam aydın formada digər ölkələrin İraqdakı hərbi bazalarına ehtiyacı olmadığını elan edib.

İSNA-nın məlumatına görə, İbrahim Cəfəri İranın ikinci telekanalına verdiyi müsahibədə deyib: İraq hökuməti əcnəbilərin bu ölkədəki varlığına imkan verən istənilən şübhəli hərəkəti nigaranlıqla izləyir. 

İraqın xarici işlər naziri müxtəlif ölkələrin İraqın bərpası əməliyyatında iştirak forması haqda da deyib: Bu fürsət bütün ölkələr üçün mövcuddur və İraq dövləti bu ölkənin bərpasında iştirak etmək istəyən tərəflər üçün lazımi fürsəti yaradır. 

Cəfəri İraqın İŞİD terror qruplaşması ilə savaşını dünya ölkələri adına terrorizm ilə mübarizə adlandırıb və deyib: Bunu nəzərə alaraq, dünya ölkələri də İraqın kənarında yer almalı və İraqın bərpasında iştirak etməklə İraq xalqına öz sədaqətlərini nümayiş etdirməlidirlər. 

O, həmçinin İran, Türkiyə və İraq sərhədlərindəki terrorçu qruplaşmaların aktivliyi barədə də deyib: İraq xoşməramlılığa əsaslanan qonşuluq siyasəti çərçivəsində heç bir qrupa İraq ərazisindən qonşu ölkələr əleyhinə terror hücumları həyata keçirmək icazəsi verməyəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə