Bazar, 25 Fevral 2018 10:10

İraq kürdlərinin "Zeytun Budağı" əməliyyatına etirazı

İraq kürdlərinin "Zeytun Budağı" əməliyyatına etirazı

İraq Kürdüstanı məntəqəsi şənbə günü Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlara qarşı etiraz aksiyasının şahidi olub.

İRNA-nın Ərbildən verdiyi məlumata görə, Suriyanın şimalında yerləşən Afrin şəhərinin sakinlərini himayə adı altında keçirilən bu aksiyada Türkiyənin hərbi əməliyyatlarına qarşı şüarlar səsləndirilib, "Zeytun Budağı" əməliyyatının dayandırılması istənilib. 

Aksiya iştirakçıları həmçinin, dünya ictimaiyyətinin Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları qarşısında sükut etməsini də qınayıblar. 

Suriya Türkiyənin "Zeytun Budağı" əməliyyatı çərçivəsində indiyə kimi 171 sivilin öldüyü, 459 nəfərin isə yaralandığını deyirlər. 

Türkiyə 20 yanvar 2018-ci il tarixindən başlayaraq, milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə mübarizə aparmaq üçün Suriyanın şimalında ABŞ tərəfindən himayə olunan və silahlandırılan terrorçulara qarşı hərbi əməliyyatlara başlayıb. 

ABŞ Suriyanın şimalında terrorçular və kürd yaraqlılarından ibarət silahlı ordu yaradaraq, Suriyanı parçalamaq və bu ölkənin şimalına nəzarəti kürdlərin ixtiyarına verməyi planlaşdırır. Türkiyə isə bunu öz milli təhlükəsizliyinə qarşı ciddi təhdid hesab edir. 

Şərh yaz


Məxfi kod
Yenilə