Bazar, 18 Fevral 2018 16:50

Mosulun cənubunda İŞİD-in 7 komandanı həbs edilib

Mosulun cənubunda İŞİD-in 7 komandanı həbs edilib

Neynəva Əməliyyat Komandanlığının sözçüsü Mosulun cənubunda İŞİD-in tanınmış komandanlarından 7 nəfərinin həbs edilməsindən xəbər verib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Məhəmməd Əl-Cəburi deyib: Təhlükəsizlik qüvvələri yerli qüvvələrin əməkdaşlığı ilə Mosulun cənubunda, Həmamül-Əlil məntəqəsində İŞİD-in komandanlarından olan 7 nəfəri həbs ediblər. Bu terrorçu dəstə başçıları Neynəva Əməliyyat Komandanlığına köçürülüblər. 

Neynəva Əməliyyat Komandanlığının sözçüsü daha sonra deyib: Bu terrorçular Həmamül-Əlil məntəqəsində bir dəstə yaradaraq, 200-dən çox iraqlının edam edilməsi barədə göstəriş veriblər. 

Əl-Cəburi bu terrorçu qruplaşmadan zərər çəkmiş bütün tərəflərdən, onlara qarşı şikayət etmələrini istəyib. 

İŞİD terror qruplaşması 2014-cü ildə Amerika və onun qərbli və ərəb müttəfiqlərinin dəstəyi ilə İraqa hücum edərək, ölkənin bəzi ərazilərini işğal etmiş və amansız cinayətlərə yol vermişdi. 

İraqın baş naziri Heydər Əl-İbadi 9 dekabr 2017-ci ildə bu ölkə ərazisinin İŞİD-in işğalından azad edilməsi xəbərini rəsmən elan etsə də, İŞİD terrorçuları hələ də İraqın bəzi ostanlarında pərakəndə şəkildə məxfi fəaliyyətə malikdirlər. Onlar zaman-zaman terror aktları törədirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə