Çərşənbə axşamı, 13 Fevral 2018 15:17

İraq XİN sözçüsü dünya xalqlarının bu ölkə şəhərlərinin bərpasına kömək etmələrini vurğulayıb

İraq XİN sözçüsü dünya xalqlarının bu ölkə şəhərlərinin bərpasına kömək etmələrini vurğulayıb

İraq Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, dünya ictimaiyyəti bu ölkənin terrorçularla savaş nəticəsində dağılmış şəhərlərinin bərpasına kömək etməlidir.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Məhcub dünən əl-Həds telekanalı ilə müsahibədə dünya ictimaiyyətinin bu ölkənin yenidən qurulması konfransındakı iştirakından razılıq edərək, həmin konfransda investisiyanın cəzb olunması barədə nikbinlik ifadə edibdir.

İraqın yenidən qurulması üzrə beynəlxalq konfrans 2018-ci il fevralın 12-dən 14-dək Küveytin ev sahibliyi ilə keçirilir.

Dünyanın yetmişdən çox ölkəsinin nümayəndələri və müxtəlif ölkələrdən olan təqribən iki min investisiya şirkəti İraqın yenidən qurulması üzrə beynəlxalq konfransda iştirak edir.

Şərh yaz


Məxfi kod
Yenilə