Çərşənbə axşamı, 06 Fevral 2018 17:46

Qubad Talibani kürd qrupları birliyə dəvət etdi

Qubad Talibani kürd qrupları birliyə dəvət etdi

İraq Kürdüstanı muxtariyyətinin yerli idarəsi rəhbərinin müavini kürd qruplardan kürdlərin mənafeyini qorumaq üçün birliyi qorumalarını istəyib.

İSNA-nın Süməriyyə Newsa istinadla verdiyi məlumata görə, Kürdüstan muxtariyyəti baş nazirinin müavini və İraqın mərhum prezidenti Calal Talibaninin oğlu Qubad Talibani parlament və vilayət şuraları seçkilərində iştirak etmək üçün koalisiyanın təşkil olunmasında kürd partiyaların məğlubiyyətə uğraması ardınca, bir bəyanatda kürd qurpları mənafelərini qorumaq üçün birləşməyə çağırıb. 

Talibani bu bəyanatda xüsusilə Kürdüstan muxtariyyətindən kənar kürd bölgələrdə "kürd xalqının ali mənafeyi"nin qorunmasını bildirib və deyib: Həlledici məsələlərdə birlik və həmrəylik zəruridir. 

İraq parlament seçkiləri 12 may 2018 tarixində keçiriləcək. 

Şərh yaz


Məxfi kod
Yenilə